ATL Info Tech
Tamamlanmış layihələr: « ATL İnfo Tech » şirkətində idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
ATL Info Technologies iki istiqamətdə ixtisaslanıb: informasiya texnologiyaları və mühafizə sistemləri. Geniş xidmət çeşidlərinin tədarükçüsü və etibarlı partnyor kimi tanınan bu şirkət Azərbaycanın sürətlə inkişaf edən informasiya texnologiyaları bazarında, həmçinin sistem inteqrasiyasında konsaltinq, hardware və software təchizatı və quraşdırmasıyla məşğul olur. ATL Infotechnologies İT təhlil, təchizat, quraşdırılma, təhlükəsizlik sistemlərinin təmini kimi xidmətlərin tam çeşidini təqdim edir: CCTV, girişə nəzarət, siqnalizasiya sistemi, çevrə qoruma sistemi, yanğın təhlükəsizliyi.Biz həll üsullarımızda müasir və qabaqcıl texnologiyalardan istifadə edirik. İT həllər müxtəlif bazar seqmentlerində təqdim olunur. Məsələn, telekommunikasiya, neft və qaz, dövlət, maliyyə və sənaye. Biz bütün müştəriləri etibarlı rabitə infrastrukturu ilə təmin edirik. Bizim xidmət mərkəzimiz müştərilərini proaktiv prosedurlar, zəmanət, zəmanət sonrası, həmçinin avadanlıqların və proqramların xidmətləri ilə təmin edir. Qeyd edək ki, ATL Info Technologies dünya şöhrətli istehsalçı HP şirkətinin biznes tərəfdaşıdır.