BAKSAR
Tamamlanmış layihələr: « BAKSAR » şirkətində mobil anbar uçotunun avtomatlaşdırılması
BAKSAR” MMC kənd təsrrüfatı ehtiyyat hissələri mağazası 1993-cı ildə MTZ (80, 82, 89, 1221), YuMZ, VAZ, KAMAZ, Maz, Kraz, K-700/701, T-130/170, T-16/25/40, CK-5. Avtomobilləri üçün orijinal ehtiyyat satışı ilə başlamışdır. Rusiya Federasiyasi, Ukrayna, Qazaxistan Və Belorusiyanin nəhəng zavodları ilə sıx əməkdaşlıq edirik və məhsullarını ölkəmizə idxal edirik. Qısa bir zamanda “BAKSAR” MMC müştərilərin rəğbətini qazanır və genişlənməyi qərara alaraq istehsalçı zavodların rəsmi nümayəndəliyi və dillerliyini almışdır. Hazırda BAKSAR ölkəmizdə kənd təsrrüfatı ehtiyyat hissələri topdansatışında aparıcı rol oynayır. Orijinal ehtiyyat hissələriylə yanaşı, həm kənd təsrrüfatı texnikaları, həm yüngül mühərrikli avtomobillər üçün təkər idxalı və satışına da başlayan BAKSAR, hər ay alıcılarının sayını artırmaqdadır. Əməkdaşlıq etdiyimiz şirkətlər keyfiyyətli və zəmanətli məhsulları ilə bütün dünya istehlakçılarının etibarını qazanmışlar. “BAKSAR” MMC məhsulları birbaşa olaraq istehsalçılardan idxal etdiyi üçün keyfiyyətli məhsulu müştərilərə daha sərfəli qiymətlərlə təklif edir.