Omnitech
Tamamlanmış layihələr: « Omnitech » şirkətində idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
Omnitech – pərakəndə satış, bank və maliyyə sahəsi, “Fintek” və “HoReCa” kimi müxtəlif biznes sahələri üçün avadanlıq və proqram təminatının tətbiqi istiqamətində innovativ şirkətdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 2019-cu ildən etibarən Omnitech şirkəti “PKS Operatoru” statusu almışdır.Omnitech şirkəti, qanunla müəyyən edilmiş tələblərə cavab verən ticarət avadanlıqlarını və müvafiq proqram təminatlarını satmaq hüququna malikdir. Hal-hazırda şirkətin təcrübəli mütəxəssisləri gələcəyin tələblərinə cavab verən qabaqcıl texnologiya və yenilikləri sahibkarlara peşəkarlıqla təklif edir. Omnitech şirkəti dünya şöhrətli brend-istehsalçıları ilə əməkdaşlıq edərək onların avadanlıqlarının regionda satışını həyata keçirir.
İşimizin əsas prinsipləri səmərəlilik, çeviklik, və dəqiqlikdir. Məqsədimiz müştərilərimizə keyfiyyətli xidmətlər göstərmək və onların fəaliyyətlərini asanlaşdırmaqdır.