“LABSERVİS LTD” MMC Azərbaycan Respublikasında 1991-ci ildə yaradılmışdır və 25 ildir əsas fəaliyyəti kimi tibbi və tədqiqat müəssisələrinin laboratoriyalarını inkişaf etmiş ölkələrin və tanınmış istehsalçıların beynəlxalq standartlara cavab verən avadanlıqlar, reagentlər və ləvazimatlarla təchiz edən ilk ixtisaslaşmış milli şirkətdir.
Bizim müştərilər
Lavazza Azərbaycan şirkəti HoReCa, Office line , Home line and Retail məhsullarının ən böyük təchizatçılarından biridir. Onun çeşidinə Lavazza , Wittington , Eraclea , Flexoco , Teisseire , Egro , Rancilio və Jura kimi ən yaxşı dünya istehsalçılarının məhsulları daxildir. Bizim şirkətimiz ictimai qidalanma yerlərində, ofislərdə və evlərdə isti içkilərin hazırlanmasının təminatı üçün təzə qəhvə, çay, isti şokolad, kokteyllər üçün şirədən tutmuş orijinal dizaynlı və yüksək keyfiyyətli fincan və stəkanlara qədər, eləcə də peşəkar avadanlıqları təqdim edir.
2017-ci ildə yaradılan “LIBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir.
“LIBRAFF” kitab mağazaları şəbəkəsinin Bakıda 5, Gəncədə isə 1 filialı fəaliyyət göstərir.
“LIBRAFF”ın “Kitab” bölməsində azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə olan zəngin kitabxanası mövcuddur. Mağazalarımızda yerli və aparıcı beynəlxalq nəşriyyatların, klassik əsərləri, xüsusi seçilmiş müasir ədəbiyyat nümunələri, uşaq və yeniyetmələrin şəxsi inkişafına istiqamətlənmiş əyləncə və oxu materiallarını əldə etmək mümkündür.
2013-cü ildən fəaliyyət göstərən LOR HOSPITAL Klinikasında hər növ burun, qulaq, boğaz və qırtlaq əməliyyatları, eləcədə plastik və rekonstruktiv əməliyyatlar həyata keçirilir. Yerli uzman həkimlərimizlə yanaşı Türkiyədən, Rusiyadan və Ukraynadan gələn həkimlər də burada yüksək keyfiyyətli tibbi xidmət göstərirlər. Klinikada 3 əsas mərkəz fəaliyyət göstərir: Eşitmə Mərkəzi, Səs Mərkəzi, Nəfəs Mərkəzi.