Bizim müştərilər
Arash Medical Company, Azərbaycan tibb bazarında 1994-cü ildən fəaliyyətdədir. Hazırda şirkətin fəaliyyəti hər növ tibbi avadanlıqlar və ləvazimatların satışı, işçi heyətinin təlimi, tibbi avadanlıqların quraşdırılması, təmiri və sazlanmasından və səhiyyə obyektlərinin layihələndirilməsindən ibarətdir.
ARAZPLAST nisbətən cavan firmadır, amma artıq izolyasiya məhsulları bazarında öz yerini tutmuşdur. Şirkət, köpüklü polietilendən geniş materiallar spektri təqdim edirik. Bu gün şirkət inşaatçı və montajçıların izolyasiya materialları və yüksək keyfiyyətli köpüklü polietilenə olan tələbatlarının böyük bir hissəsini ödəmək iqtidarındadır. Müştərilər texniki xarakteristika və optimal “qiymət/keyfiyyət” nisbətindən çıxış edərək, lazımi material seçə bilərlər.
Etibarlılığın, sabitliyinin və biznesdə şəffaflığın bir nümunəsi olaraq “Atəşgah” Sığorta şirkəti 20 ildən artıqdır ki, müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanmışdır.