Sport System
"Sport System" MMC 2012-ci ildən Azərbaycan Respublikasında xizək satışı və icarəsi ilə məşğul olan ilk mağazalar şəbəkəsidir. Şəbəkə brend məhsulları ilə dünyada tanınan 20-dən artıq xizək və xizək avadanlıqlarının istehsalı ilə məşğul olan firmalarla sıx əməkdaşlıq edərək bu məhsulların Azərbaycanda satışını həyata keçirir. "Sport System" mağazalar şəbəkəsinin ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən altı ədəd geniş mağazasında olan "Bogner", "Head", "Emporio Armani", "Rossignol", "The North Face", "Solomon" və bir çox məhsullar yüksək keyfiyyəti ilə alıcılarda daim məmnunluq hissi yaradır. Gülərüzlüyü və profesionallığı ilə mağazalarımıza gələn turistlərin rəğbətini qazanan işçi heyətimiz göstərdikləri xidmətdən hər zaman zövq alırlar.