TAİS İKF
Tamamlanmış layihələr: « TAIS IKF » şirkətində əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması
“TAİS İKF” MMC 100% yerli resurslardan kapitallaşmış və 1998-ci ildə qeydiyata alınmış Azərbaycan şirkətidir. Fəaliyyətə başlayan zaman başqa sahələrdə çalışmaqla bərabər şirkətimiz Bakıda yerləşən, əsasən xaricilərdən ibarət olan, ofis işçilərini yeməklə təmin etmək istiqamətində də çalışırdı. Azərbaycana gələn xarici şirkətlərin artması, iqtisadiyyatın inkişafını görərək və ictimai-iaşə xidmətlərinə təlabatın artdığını müşahidə edərək ,öz fəaliyyətimizdə prioritet istiqamət olaraq bu sahəni seçdik.