Impulse Audit
Impuls Audit şirkətinin tarixi 2007-ci ildə hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üzrə xidmət göstərilməsi ilə başlansa da, qeydiyyat xidmətinin həyata keçirilməsi mərhələsində aydın oldu ki, şirkətin gələcək inkişafı müştərilərin problemlərinin həllinə kompleks yanaşma olmadan mümkün deyildir. Bu məqsədlə 2008-ci ildə şirkətin strukturunda - mühasibat uçotu departamenti yaradılmışdır.
Müştərilərlə düzgün əlaqələrin qurulması, onların problemlərinə ciddi, vaxtında və məsuliyyətlə yanaşılması sonrakı illərdə yeni müştərilərin cəlb edilməsi və şirkətin təqdim etdiyi xidmətlər spektrinin genişlənməsinə səbəb olmuşdur. Bunun nəticəsi olaraq 2009-cu ildən audit xidməti, vergi konsaltinqi, insan resursları ilə bağlı xidmətin həyata keçirilməsinə start verilmışdir.
Ölkədə iqtisadi inkişafın güclənməsi, bunun fonunda şirkətlərin xarici partnyorlarla əlaqələrının artması və iri pul bazarlarına çixmaq ehtiyacı beynəlxalq mühasibat uçotu standartları üzrə hesabatların tərtib edilməsi tələbinin artımını zəruri etmişdir ki, İmpuls Audit şirkəti müştərilərin bu ehtiyacını qarşılamaqdan ötrü kifayət qədər peşəkar mütəxəssis cəlb edə bilmişdir.
Daşınmaz əmlak bazarının artım tempi isə İmpuls Audit şirkətinin yeni fəaliyyət istiqamətini müəyyən etmişdir ki bu da müştərilərə beynəlxalq standartlara uyğun qiymətləndirmə xidmətinin təklif edilməsindən ibarətdir.