3A
2003-cü ildə qurulan “3A” MMC Qafqaz regionunda isti üsulla qalvanizasya, sənaye, təhlükəsizlik və yol nişanlarının istehsalı və quraşdırılması və yollarda təhlükəsizlik tədbirlərinin təşkili istiqamətində fəaliyyət göstərən ilk və ən təcrübəli şirkətdir.
Başlıca istehsal və xitmət sahələrimiz:
- İsti üsulla qalvanizasya;
- Sənaye və təhlükəsizlik nişanlarının istehsalı və quraşdırılması;
- Yol nişanları və məlumatverici lövhələrin istehsalı və quraşdırılması;
- Yol xətlərinin çəkilməsi;
- Yol təhlükəsizlik sədlərinin istehsalı və quraşdırılması:
Fəaliyyətimizin ilk ilindən Şirkətimizə aid Yol nişanları istehsalı sexində regionda ilk dəfə olaraq avropa standartlarına cavab verən, yüksək əksetdirmə qabiliyyətinə malik retroreflektiv yol nişanları və məlumatverici lövhələrin, sənaye və təhlükəsizlik nişanlarının və eləcə də başqa bu növdən olan reflektiv məhsulların istehsalına başladıq.
Sürətlə inkişaf etməkdə olan neft, energetika və tikinti sektorunda qalvanizasiyaya olan tələbatı nəzərə alıb İsti üsulla qalvanizasya xitmətini təklif etdik. Qalvanizasya seximizi ən müasir avadanlıqlarla təmin edib, QOST 9.307-89 və İSO 1461 standartlarına uyğun xidmət göstərməyə başladıq.
Yollarda təhlükəsiz tədbirlərinin təşkili istiqamətində fəaliyyətimizi daha da genişləndirərək Yol təhlükəsizlik sədlərinin istehsalı və quraşdırılması, eləcə də reflektiv yol xətlərinin çəkilməsi xidmətini də öz fəaliyyət dairəmizin sırasına yazdıq.
Biz müasir texnologiyanın ən son nailiyyətlərindən, inkişaf etmiş qərb ölkələri və ABŞ-ın bu sahədəki təcrübəsindən yararlanaraq qısa zaman içində öz istehsal və xidmət sahələrimizin keyfiyyətini ən yüksək standartlara çatdırdıq.
Biz həm istehsal etdiyimiz malların keyfiyyətini, həm də göstərdiyimiz xidmətlərin səviyyəsini öz dəyərlərimizin ən ümdə məsələsi etdik.
Ən əsası, biz 3A şirkəti olaraq bacarıqlı, fədakar, savadlı və təcrübəli insan amilinin müasir texnalogiya ilə vəhdətini təşkil edib, dünya standartlarını Qafqaza gətirdik!