Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Dünyanın ən böyük dəniz limanlarından başqa Mərkəzi Avrasiyanın mühüm kommersiya şəhərləri tarixən quru mərkəzlər olmuşlar. Qədim İpək Yolundan istifadə edən tacirlərin Avropa ilə Asiya arasında səyahəti aylar və bəzən illər boyu davam edirdi və Mərkəzi Avrasiya mərkəzləri kritik regional logistika və paylama mərkəzləri rolunu oynayırdı. Bunların hər birində tacirlərin mal və fikirləri mübadilə etdikləri, müxtəlif mədəniyyətdən olan insanların görüşmək imkanı qazandıqları bir neçə karvansaray olurdu. Bu cür ticarət mərkəzləri Avrasiya və Yaxın Şərqdən keçən geniş ticarət dəhlizləri şəbəkəsi vasitəsilə digər regional qovşaq və böyük şəhərlərlə əlaqəli idi. İpək Yolu dəhlizləri əsrlər boyu Mərkəzi Avrasiyanın bir çox xalqlarının rifahına xidmət etmişdir.
İpək Yolu ilə ticarət üçün bir zamanların gür gəliş - gediş marşrutu olan Mərkəzi Avrasiya şərqlə qərb, şimalla cənub arasında tarixi kommersiya körpüsü rolunu yenidən özünə qaytarmaq niyyətindədir. Azərbaycan mühüm Avrasiyanın mühüm torpaq və hava nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşir. Bu, düzgün istifadə edildiyi təqdirdə, onun uzun-müddətli uğurunda vacib rol oynayacaq bir amildir, çünki potensial olaraq, ölkə Avropa ilə Asiya arasında yalnız kommersiya körpüsü rolunu oynamayıb, həm də Avrasiyada böyük paylama qovşağına çevrilə bilər. Azərbaycan regionda vacib kommersiya və nəqliyyat mərkəzlərindən birinə çevrilmək və regional inkişafa təkan verən ölkə olmaq imkanına malikdir. Onun yeri, təbii sərvətlərin zənginliyi və dinamik yeni nəsil bu perspektiv məqsədi gerçəkləşdirməyə kömək edər.