Aba Logistics
ABA Logistics” şirkəti 2006-cı ildən fəaliyyətə başlayaraq, öz işi ilə Azərbaycan logistika bazarında sözünü deməyə müvəffəq olmuş yerli bir müəssisədir. 10 il bundan öncə yaradılmış və beynəlxalq yükdaşımaları həyata keçirən “ABA Logistics” şirkəti artıq özünü etibarlı bir tərəfdaş kimi tanıtmışdır. Yarandığı dövrdən keçən bu müddət ərzində vizyonumuza, missiyamıza və dəyərlərimizə əsaslanaraq, gördüyümüz işlərlə fərqlilik yaratmağa və Azərbaycan logistika bazarının inkişafına öz töhfəmizi verməyə çalışmışıq.
“ABA Logistics” şirkətinin əsas fəaliyyət sahəsi dünyanın hər bir nöqtəsindən Azərbaycana və əks istiqamətdə istənilən nəqliyyat vasitələrilə (avtomobil, dəmiryolu, dəniz yolu, avia) beynəlxalq yükdaşımaları həyata keçirməkdir.Şirkət beynəlxalq korporasiyalar, Azərbaycanın sənaye sektorunun aparıcı müəssisələri, böyük ticarət şirkətləri olmaqla, 500-dən çox müntəzəm müştəri bazasına sahibdir və bu müştərilər günü-gündən artmaqdadır.