Altis Group
Altis Group of Companies MMC 2005-ci ildən Azərbaycanın şüşə emalı və tikinti sektorunda fəaliyyət göstərir. Şirkət 13 illik fəaliyyəti dövründə bir çox uğurlara imza atmışdır. Beləki, şirkət şüşələrin emalı üzrə Azərbaycan bazarında qısa zamanda yetərincə tanınmış şirkətlərdən birinə çevrilməyi bacarmışdır. Qeyd edək ki, tikinti sektoruda Azərbaycan, digər ölkələr kimi sürətlə inkişaf edir və müasir standartlara cavab verən məhsullardan istifadəyə zərurət yaranır. Əvvələr tikintidə istifadə olunan materialların müasir standartlara cavab verməsi üçün tikililərdə istifadə olunan köhnə taxta, dəmir qapı və pəncərələrin əvəzinə yeni texnologiya ilə hazırlanmış çürüməyən, rənglənməyən, istini və soyuğu içəri keçirməyən, praktik və ucuz plastik qapı və pəncərə sistemlərinin istehsalına təlabat artır. Plastik qapı və pəncərə sistemlərinin üstünlükləri otaq temperaturunun tənzimləməsi, tozlu havanın otağa keçməsinin, və uzun ömürlü olmasıdır. Buna görə şirkətimiz Azərbaycanda plastik qapı və pəncərə sisteminin yığılmasında ən son texnologiyalardan istifadə edərək müştərilərimizə uzun ömürlü və keyfiyyətli məhsullar təqdim edir. Fəxr hissi ilə qeyd etmək istərdik ki, Altis Group of Companies Bakı şəhərində böyük və bağlı ərazidə, müasir standartlara uyğun, tamamilə avtomatlaşdırılmış texnologiyaya malik, istehsal gücünü hər ay daha da artıran bir şirkətə çevilib. İstehsalın çox qismi Azərbaycanın daxili bazarının tələbatını ödəyir. Yerdə qalan qismi isə xarici bazarlara çıxardılır. Altis Group of Companies beynəlxalq keyfiyyət anlayışı ilə zavodunu inşa etdirmişdir və istehsal zamanı ətraf müitdəki canlı aləmə heç bir əks təsir göstərməz.