ATV
Azərbaycanın özəl telekanallarından biri - Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası 13 may 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci ildə xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlamışdır.
"Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına "ATV", "ATV PLUS" kabel televiziyası, ATV CİNEMA, ATV VİVACE, ATV.az saytı, 106.3 fm və 106 fm radio kanalları daxildir. Hazırda "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında yayımlanan verilişlər ictimai-siyasi və yaradıcılıq departamentlərinin məhsullarıdır. İctimai-siyasi departamentə daxil olan proqramlar: “ATV Xəbər”, “Həftə sonu” analitik proqramı, “ATV İdman”, "İqtisadi zona", "Made in Azerbaijan", “ATV səhər”, "Həyat", "İsti İzlər" kriminal verilişidir. Yaradıcılıq departamentinə daxil olan proqramlar: “Bizimləsən”, “Zaurla Günaydın”, “V element”, “İş həmişə var”, Çox gəzən bilər”, ”Mətbəx işi”, “10-dan sonra”, “5 Gəlin”, “Zarafat-zarafat”, “Nanəli”, “Bir axşam”, ”İlqarla bir gün”, “ATV maqazin onlarla”, “Azərbaycanın səsi Bala”, “Kişi klubu”, “İdeya qazandı”, “Geriyə baxanda”, “ATV kulis”, “Məlahətli söhbətlər”, “Zərif qəhrəman”, “Kim kimdir?”, “Qadına görə”, “Ana&Bala”, “10 yaş cavanlaş”, “Dəcəl balam”, “Həkimsən” verilişləridir. Televizyanın Gürcüstan və Almaniyada 2 xarici bürosu, həmçinin ölkə daxilində Gəncə, Qarabağ, Tovuz, Şəki, Göyçay, Quba, Şirvan, Lənkəran üzrə bölgə müxbirləri fəaliyyət göstərir.