• ru
  • az
  • en
Menu Search
ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • BİZİM KOLLEKTİV
  • Vakansİyalar
Məhsullar+
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər » Avromed

Avromed

2002-ci ilin aprel ayında fəaliyyətə başlamış Avromed Company QSC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə Avromed şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olmuşdur. Bu gün Avromed şirkəti bütün dünyada tanınan Pfizer, Novartis, Roche, Sanofi-Aventis, Merck, Alcon, Berlin Chemie, GSK kimi nəhəng əczaçılıq sənayeləri ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın dairəsi gündən-günə genişlənməkdədir. Ölkəyə idxal olan dərman preparatları, tibbi vasitələr və parafarmasevtika məhsullarının sayı 15 mindən artıqdır.

Avromed şirkəti biznesin təşkili üzrə Avropanın ən müasir standartlarını Azərbaycan əczaçılıq bazarında əczaçılıq ticarətinin təşkilinə tətbiq etməklə yeni tipli satış şəbəkəsi yaratmağa nail olmuşdur. Ölkənin bütün ərazisində Avromed şirkətinin infrastrukturunda çalışan əməkdaşların sayı 1150 nəfərdən çoxdur. Bu infrastruktura Bakıda yerləşən Avromed mərkəzi ofisi və Gəncə, Sumqayıt, Mingəçevir, Şamaxı, Şirvan, Şəki, Lənkəran, Xaçmaz, Qazax və Bərdə şəhərlərində yerləşən 10 regional ofisləri daxildir. Bu struktur genişlənməkdə davam edir və hal-hazırda Azərbaycanın digər şəhərlərində yeni regional ofislərin açılması istiqamətində iş aparılır. Avromed Şirkəti Azərbaycan cəmiyyətində və biznes aləmində yaxşı tanınan ən böyük şirkətlərdən biridir. Ölkədə əczaçılıq sahəsində verdiyi töhfələrə görə Consulting&Business jurnalı tərəfindən 2010 və 2012-ci illərdə “UĞUR” Milli Mükafatına layıq görülmüşdür.

  • ŞİRKƏT HAQQINDA
  • Xəbərlər
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116
Best Soft MMC © 2021
İş cədvəli
10:00 - 19:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2021