Azərbaycan Bank Tədrİs Mərkəzİ
Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) Azərbaycan Banklar Assosiasiyasının mənfəət əldə etmək məqsədi olmayan törəmə müəssisəsi kimi, 2000-ci ilin fevral ayında Avropa Birliyinin TACİS proqramının texniki yardımı ilə yaradılmışdır. ABTC-nin vizionu onu Azərbaycanın maliyyə xidmətləri sektoruna bütün növ, qeyrimaliyyə xidmətləri sektoruna isə yalnız idarəetmə sahəsində geniş çeşid təlim və məsləhət xidmətləri göstərən, maliyyə sektoru üçün peşəkar mütəxəssislər hazırlayan, habelə yerli və beynəlxalq sertifikasiya proqramları tətbiq edən aparıcı biznes xidmətləri institutu etməkdir. ABTC-nin missiyası onun maliyyə xidmətləri və biznesin idarə edilməsi üzrə müasir bilik və texnologiyaları Azərbaycana gətirib, yerli şəraitə uyğunlaşdırmaqla, onlara əlavə dəyər verən, praktikyönümlü edən və beynəlxalq standartlara uyğun formada biznes tərəfdaşlarına çatdıran peşəkar təlim və məsləhət xidmətləri institutu kimi fəaliyyətini qurmaqdır. ABTC bu gün bank işi və biznesin idarə edilməsi üzrə Azərbaycanın ən böyük təlim və məsləhət xidməti təşkilatıdır.