Child Dreams
“Child Dreams”, Dreams Group MMC olaraq 2019-cu ildə qurulmuş Azərbaycanın ilk və tək Uşaq Konsept Mağazasıdır.
Azərbaycanda zövqlü, keyfiyyətli və fərqli uşaq məhsullarına olan tələbatı nəzərə alaraq qurulmuş mağazamız, adına uyğun olaraq uşaq arzularını ən yüksək səviyyədə reallaşdırmaq misiyasını öz üsünə götürmüş, 0-10 yaş körpə və uşaq ehtiyaclarına uyğun olaraq 100-ə yaxın butik dizayn brendini böyük bir diqqətlə seçərək bir nöqtədə cəmləşdirmişdir. Bu brendlərə valideynlərin ehtiyacları, Avropa trendləri və qurucuların zövqləri əsasında hər keçən gün bir yenisi daha əlavə edilməkdədir.