Gidrotransproekt
“Gidrotransproekt” E.T.M.
Layihə və istehsalat şirkəti olan “Gidrotransproyekt” ETM. 1989-cu ildə körpü mühəndisi İsmiyev Əfəndi Muradoviç tərəfindən yaradılmışdır. İlk gündən şirkətin əsas vəzifəsi hər körpünün və hər bir layihənin yaradılması üçün fərdi həllər yolu tapmaqdır. Müasir konstruksiyaların və materialların analizı, müasir texnalogiyalar, Alternativ layihələndirmə və son həllin sifarişçi ilə birlikdə qəbul edilməsi, Konstruksiyaların texnolojiliyi və istismarda etibarlılığı – Şirkət üçün üstünlük təşkil edən məsələlərdir və bu prinsiplərə şirkətin mühəndisləri üstünlük verir.
Kompaniyanın əsas vəzifələri : avtomobil yollarının layihələndirilməsi, körpülərin layihələndirilməsi, mülki və sanaye obyektləri, meliorasiya və su təsərrüfatı obyektləri, hidrotexniki çay və dəniz qurğularının layihələndirilməsi, müəllif nəzarət və texniki nəzarət, tikinti zamanı layihələrin idarə olunması və yüksək kateqoriya mürəkkəblikli nəqliyyat qurğuların tikintisi və yenidənqurulması, məsləhət xidmətləri və tender sənədlərinin hazirlanması.
Gidrotransproekt şirkəti geniş təcrübəyə malikdir və yuxarıda sadalanan sahələrdə yüksək ixtisaslı mütəxəssizlər çalışır və daimi heyətdə müxtəlif sahələrdə ixtisaslaşmış mühəndislər işləyir.
“GIDROTRANSPROYEKT” ETM MMC –də (əvvəlki Texnomost LİM) fəaliyyəti üzrə 2013-cı ildən İSO 9001:2008 tələblərinə uyğun Keyfiyyət Menecmet Sistemi tətbiq edilmişdir.