• ru
  • az
  • en
Menu Search
ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • BİZİM KOLLEKTİV
  • Vakansİyalar
Məhsullar+
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər » HB Co.

HB Co.

Tamamlanmış layihələr: « HB Co » şirkətində əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması, « HB Co » şirkətində mühasibat və vergi uçotunun avtomatlaşdırılması

HB Co LTD Azərbaycan Respublikasının tibb sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərdən biridir. Şirkətin fəaliyyəti tibbin müxtəlif sahələrini əhatə edir: dərman preparatları, qida əlavələri və tibbi gigiyena məhsullarının respublikamıza idxalı və həmin məhsullar üzrə distribütorlug və marketing fəaliyyəti, tibbi ləvazimatların idxalı, topdan və pərakəndə satışı, səhiyyə xidməti üzrə şirkətin nəzdində yaradılmış“HB-klinik”də geniş profilli ambulator və stasionar tibb xidməti həyata kecirilir.

Yaranması

HB Co LTD 1997-ci ildə Butayev Hikmət Seyfulla oğlu tərəfindən Bakıda təsis edilmisdir və hazırda onun rəhbərliyi altında fəaliyyət göstərir. Sirkətin fəaliyyəti yarandığından bəri sürətli

və hərtərəfli
inkişaf dinamikası ilə səciyyələnir. Bu inkişaf onun qısa müddətdə Azərbaycan Respublikasının bütün regionlarında öz işini qurması, əczaçılıq sektorunun dayanmadan genişləndirilməsi, digər xidmət sahələrinin yaradılması və nəhayət beynəlxalq arenaya çıxması ilə özünü göstərir. Kadr potensialının yüksəldilməsi və idxal və dövriyyə həcminin artırılması xüsusi vurğulanacaq faktorlardandır.

Missiya və məqsəd

HB Co LTD öz müştərilərinə onların maksimum faydalana biləcəkləri yüksək səviyyədə tibb xidməti göstərmək, xəstəliklərin müalicə olunması və gələcəyimizin sağlam yetişdirilməsi üçün səylə calışmaq, bu məqsədi güdən digər həmkarlarımıza dəstək olmaq niyyəti ilə calışır. HB Co LTD öz partnyorları ilə ortaq maraqlar çərçivəsində uzunömürlü və gələcəyə yönəlmiş biznes planlayır. Işini keyfiyyət, təhlükəsizlik və effektivlik prinsipləri əsasında qurmuş HB Co LTD Azərbaycanda liderliyini əldə saxlamaqla xarici ölkələrdə öz mərkəzlərini yaratmaq və beynəlxalq aləmdə nüfuzunu artırmaq istiqamətində böyük biznes planlarını həyata keçirmək niyyətindədir.

  • ŞİRKƏT HAQQINDA
  • Xəbərlər
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116
Best Soft MMC © 2021
İş cədvəli
10:00 - 19:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2021