Magic Motors
2004-cü ildə yaradılmış Magicmotors müxtəlif növ avto ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışnı həyata keçirməklə məşğuldur. Magicmotors yarandığı ildən Ştutqart mağazalar şəbəkəsini təsis edərək Azərbaycan alıcısına birinci əldən keyfiyyətli ehtiyat hissələrinin satışını təşkil etməyə müvəffəq olmuşdur. Şirkət dünyanın müxtəlif ölkələrindən avto ehtiyat hissələrinin ölkəmizə gətirməsi ilə yanaşı həm də bir sıra nəhəng şirkətlərin rəsmi distibütoruna çevirilmişdir. Magicmotors 2004-cüildə birinci Ştutqart mağazasını təsis etdikdən sonra illərcə daha üç Ştutqart mağazasını yaratmışdır. Bununla da formalaşan Ştutqart mağazalar şəbəkəsi əhatəsini daha da genişləndirmək məqsədi ilə artıq Bakı şəhərinin hüdudlarından kənarda öz mağazalarını yaratmaqda davam edir. Avto ehtiyat hissələri alıcılarının sevimli mağazası olan Ştutqart, hər ay keçirdiyi müxtəlif cür kampaniyalarla daimi olaraq müştəri məmnunluğu qazanır. Fərdi müştərilərlə yanaşı çoxlu sayda dükanlarla əməkdaşlıq edən Ştutqart, onlarla şirkət və dükanı keyfiyyətli və orjinal avto ehtiyat hissələri ilə təmin edir. Bir növ Ştutqart mağazalar şəbəkəsi Azərbaycan bazarında saxta avto ehtiyat hissələrini sıradan çıxarmaqla məşğuldur