Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
İnstitut 1944 ildə ET Vərəm İnstitutu kimi yaradılmışdır. 1988-ci ildən Pulmonologiya və Ftiziatriya İnstitutu və 1999-cu ildən ET Ağ Ciyər Xəstəlikləri İnstitutu kimi fəaliyyət göstərir. Hal hazırda İnstitut 12 klinik şöbələri əhatə edən 6 Elmi Bölmələrdən ibarətdir.
İnstitutda 400-ə yaxın əməkdaşlar çalışır, onlardan 89 həkimdir – 3 nəfər tibb elmləri doktoru, 23 nəfər tibb üzrə fəlsəfə doktorudur.