Navante Service LTD
Tamamlanmış layihələr: « Navante Services LTD » şirkətində mühasibat və vergi uçotunun avtomatlaşdırılması
Navante Services LTD-nin Azərbaycan Respublikasındakı Filialı 2012-ci ildə yaradılıb. Hazırda şirkətin əsas fəaliyyət istiqaməti elektrik mərkəzdənqaçma nasoslarının, ştanqlı dərinlik nasoslarının satışı, icarəsi və əlaqədar xidmətin göstərilməsi, eləcə də horizontal nasos sistemlərinin və onların dəstlərinin satışıdır. Yuxarıda göstərilən avadanlıq həmin sahənin tanınmış liderlərindən biri olan Baker Hughes Centrelift, Elkam-Neftemaş Səhmdar Cəmiyyəti, eləcə də neft hasilatı üzrə digər dünya nasos istehsalçıları tərəfindən hazırlanır. Mexanikləşdirilmiş hasilat sahəsində əsas sifarişçi müvafiq hasilatın pay bölgüsü sazişləri əsasında Azərbaycan Respublikasında neft və qaz yataqlarının işlənməsi və bərpasını həyata keçirən beş əməliyyat şirkətinə (Abşeron Əməliyyat Şirkəti, Binəqədi Neft Şirkəti, Şirvan Əməliyyat Şirkəti, Neftçala Əməliyyat Şirkəti, Karasu Əməliyyat Şirkəti) sahiblik edən Global Energy Azerbaijan Limited holdinq strukturudur.