Nike Azerbaijan
Nike şirkəti "Blue Ribbon Sports" adı ilə 25 yanvar 1964-ci ildə təsis edilib və 30 may 1978-ci ildən rəsmi olaraq Nike, Inc adını daşımağa başlamışdır. Nike öz məhsullarını öz ticarət markası altında, həmçinin Nike Golf, Nike Pro, Nike +, Air Jordan, Skateboarding brendləri altında satır. Geyim və avadanlıq istehsalına əlavə olaraq şirkət Niketown adlı pərakəndə mağazalar şəbəkəsini idarə edir. Nike bütün dünya üzrə bir çox idmançı və idman komandalarının sponsorudur.