• ru
  • az
  • en
Menu Search
Haqqımızda ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • Vakansİyalar
Məhsullar+
  • 1C-Bitriks
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Data Mobile
  • Mobi-S
  • Agent Plus
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
AxtarIş
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər » Noble

Noble

Tamamlanmış layihələr: « Noble » şirkətinin dükanlar şəbəkəsində mobil anbar uçotunun avtomatlaşdırılması, « Noble » şirkətinin dükanlar şəbəkəsində əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması
Nobel şirkətinin tarixi 1996-cı ildə italyan istehsalı olan multibrend lyuks geyimlər mağazasından başlayır.  Multibrend mağazalarından monobrend butiklərinə qədər inkişaf yolu keçən Noble şirkəti bu gün bir neçə italyan fashion-markalarının rəsmi nümayəndəsi kimi çıxış edir və Azərbaycan bazarında aparıcı mövqe tutur. Belə uğurlu fəaliyyət dövründə şirkət italyan istehsalçıları ilə və Bakının samballı müştəriləri ilə ciddi iş təcrübəsi əldə etmişdir. Noble şirkətinin kolleksiyasına dünya şöhrəti qazanmış italyan brendləri daxildir. Brioni, Stefano Ricci, Canali, Artioli markaların zərif geyim və ayaqqabıları Bakının monobrend mağazalarında təqdim edilir. Ən xırda detala diqqət yetirilmə, son dərəcə incə üslub hissi, materialın yüksək keyfiyyəti və qüsursuz dərzilik məharəti bu italyan istehsalçılarını kişi dəbi dünyasında dəb müəyyən edən istehsalçılara çevirdi. Zərif yundan hazırlanmış kostyumlar və eleqant paltolar, ağappaq köynəklər və bahalı zaponkalar, qızılı saplı qalstuklar və şərflər, dəri portmonelər və kəmərlər, gümüşü əl ağacları və çətirlər... Brioni, Stefano və Canali butiklərində dəbdəbəli tendensiyanın və əsl italyan keyfiyyətinin qiymətini bilən insanlar istədiklərini tapa biləcəklər. Bütün bunları Artioli butikində geniş assortimenti ilə öz alıcılarını gözləyən – fil, timsah, straus, kərtənkələ, lama, angvil kimi nadir dəri növlərindən hazırlanmış ayaqqabı və kəmərlər tamalayır. Azərbaycan bazarı üçün maraqlı olan italyan premium-klas brendlərini Noble şirkəti özünün VIP multibrend butikində təqdim edir: Hettabretz, Schiatti, Massimo Sforza, Maene, Cesare Attolini. Butik Bakı centelmenlərinə yeni markalarla tanış olmaq və onların üslub və keyfiyyətini qiymətləndirmək üçün imkan yaradır. Noble şirkətinin Bakıda təqdim etdiyi bütün lyuks brend geyimlərinin istehsalçıları yalnız İtalyadadır. Həmçinin geyimlərin tikişi zamanı əsas əməliyyatlar əl ilə aparılır ki bu da məşhur italyan markalarının üslubunda yüksək keyfiyyətə və ekskyuziv dizayna nail olmağa imkan verir.Bundan başqa, Nomle mağazalarında materialın seçimi zamanı sizin fərdi ölçü və zövqünüzə maksimim uyğun gələn fərdi made-to-measure tikişini sifariş etmək olar.
  • Haqqımızda
  • Xəbərlər
  • ŞİRKƏT HAQQINDA
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
  • AxtarIş
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116

Best Soft MMC © 2024
İş cədvəli
09:00 - 18:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2024