Bizim müştərilər
Ölkə gənclərinin ümumdünya skaut hərəkətində iştirakı, Azərbaycan Skautlar Assosiasiyasının yaranması və uğurla fəaliyyət göstərməsi də məhz Ümummilli Liderimiz cənab Heydər Əliyevin gənclərə olan atalıq qayğısı və hərtərəfli köməyi nəticəsində mümkün olmuşdur. Sevindirici haldır ki, 1997-ci ildə təsis olunmuş və əsas məqsədi vətənpərvər, kamil və layiqli ölkə gənclərinin formalaşdırılmasına kömək göstərmək olan milli assosiasiya qısa müddətdə Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir və hal-hazırda nüfuzlu beynəlxalq təşkilatda Azərbaycanı layiqincə təmsil edir.
Bakı Şampan Şərabları zavodu 1980-ci ildə yaradılmışdır, şampan şərablarının və araq-çaxır məmulatlarının istehsalı üzrə Avropada ən iri müəssisələrdəndir. Müasir texnoloji avadanlıq, yüksək ixtisaslı mütəxəssislər və şərabçılıq elminin ən son nailiyyətlərindən texnoloji proseslərdə istifadə olunması bizim zavodumuzu təkcə Azərbaycanda lider etmir.
Dünyanın ən böyük dəniz limanlarından başqa Mərkəzi Avrasiyanın mühüm kommersiya şəhərləri tarixən quru mərkəzlər olmuşlar. Qədim İpək Yolundan istifadə edən tacirlərin Avropa ilə Asiya arasında səyahəti aylar və bəzən illər boyu davam edirdi və Mərkəzi Avrasiya mərkəzləri kritik regional logistika və paylama mərkəzləri rolunu oynayırdı. Bunların hər birində tacirlərin mal və fikirləri mübadilə etdikləri, müxtəlif mədəniyyətdən olan insanların görüşmək imkanı qazandıqları bir neçə karvansaray olurdu. Bu cür ticarət mərkəzləri Avrasiya və Yaxın Şərqdən keçən geniş ticarət dəhlizləri şəbəkəsi vasitəsilə digər regional qovşaq və böyük şəhərlərlə əlaqəli idi. İpək Yolu dəhlizləri əsrlər boyu Mərkəzi Avrasiyanın bir çox xalqlarının rifahına xidmət etmişdir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır, qeyri-kommersiya məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərmiş Vəkillər Kollegiyasının hüquqi varisidir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.