Bizim müştərilər
Şinkar İnşaat firması 1999-cu il 15 Yanvar tarixində təsis edilmişdir.
Şirkətin əsas ixtisaslaşdığı sahə təmir, tikinti və memarlıq işləridir. Fəaliyyətə başladığı gündən Azərbaycanın bir çox rayon və şəhərlərində müxtəlif təyinatlı layihələri yerinə yetirmişdir. Təcrübəli mütəxəssislərimizin bilik və bacarıqları son dərəcə müasir texnologiyalarla layihələri vaxtında həyata keçirməyə imkan verir.
Shukurlu |
SimfoniyA dizayn mərkəzi 1998-ci ildə əsası qoyulmuş və hal-hazırda Azərbaycanda ən iri şirkətlərdən biri olan İlin Dörd Fəsli inşaat şirkətinin törəmə qurumlarından biridir.
Azərbaycanın ən səfalı və gözəl yerlərindən biri olan Gədəbəy rayonu gözəl təbiəti ilə yanaşı, həm də içməli bulaqları ilə məşhurdur. Dünyada qlobal içməli su problemi yarandığı bir dövrdə Gədəbəydə içməli su ehtiyatları yetərincədir. Belə məşhur bulaqlardan biri də Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən “Novlu”bulaqdır. 2004-c ildən “Slavyanka-1” adı altında bu suyun istehsalına başlanmışdır.Ölkə başçısının Regionların Sosial və İqtisadi İnkişafı Proqramı haqqında müvafiq Fərmanı qüvvəyə mindikdən sonra bu fərman şirkətin yaranmasında bir stimul rolunu oynamış və suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmişdir.