Sopharma Group sağlamlıqla bağlı məhsulların aparıcı istehsalçısı və distribyutorudur. Bizim biznes modelimiz bütün biznes prosesi boyunca şaquli şəkildə inteqrasiya olunub.
Bizim müştərilər
SR Şirkətlər Qrupu holdinqin tərkibinə daxil olan törəmə şirkətlər inşaat, tibb, məişət kimyası, avtomobil, elektronika satışı və satışdan sonra xidmət sahələrində fəaliyyət göstərir. 757 nəfərlik işçi heyəti ilə çalışan holdinq Azərbaycanda həm tanınmış beynəlxalq şirkətləri təmsil edir, həm də yerli istehsal ilə ölkənin inkişafına dəstək olur
“STDC” MMC 17 iyul 2016-cı il tarixində yaradılmışdır. 31 mart 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir. Şirkət tərəfindən Sumqayıt Kimya Sənaye Parkının 3,3 ha torpaq sahəsində Data Mərkəz yaradılıb. Data Mərkəzdə ABŞ və Avropa istehsalı olan ən müasir, yüksək gücə malik texnoloji hesablama, kommunikasiya və təhlükəsizlik avadanlıqlardan istifadə edilir.
Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan STP Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir. Texnoparkın məhz Sumqayıtda yaradılması Azərbaycanın iqtisadi cəhətdən inkişafına əhəmiyyətli dərəcədə təkan verməklə yanaşı, vaxtılə Qafqazda sənaye mərkəzi kimi yaradılan Sumqayıtın tarixi ənənələrinin bərpası deməkdir. Bu gün STP-nin tikinti-montaj və istehsalat sahələrində 4500 işçi işləyir. Tikilməkdə olan zavodlar təhvil verildikdən sonra işçi heyətinin sayı 1000 nəfər də artacaq ki, bu da öz növbsində sosial yaşayış standartlarının yaxşılaşdırılmasına zəmin yaradacaq. STP 2009-cu il dekabr ayının 22-də dövlət başçısı cənab Ilham Əliyev tərəfindən istismara verilmişdir.
Swift Engineering, Inc – Məhsul və Texnologiyaların Konsepsiyadan istehsalana qeder tam inteqrasiya olunmuş məhsul həllərini təqdim edir.
Müştərilərə gələcəyin məhsulu üçün, artıq bu gün innovativ həllər təqdim edir. Qabaqcıl nəqliyyat vasitələri və sistemlər üzrə, konsepsiyadan istehsala qədər məhsulun inkişafının bütün aspektlərinə diqqət yetirir.