Bizim müştərilər
VİP Həyat şirkəti İsrailin Desheli kosmetika şirkətinin Azərbaycanda rəsmi distribütorudur.
Desheli şirkəti 2010-cu ildə, özünün təbii sərvətləri, kosmetologiya sahəsində texnologiyaları və kəşfləri ilə şöhrət qazanmış ölkə olan İsraildə istehsal edilmiş kosmetik məhsulla Rusiya və dünya bazarlarına çıxmışdır.
2004-cü ildə əsası qoyulan Xalq Bank, qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrildi. Hal-hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biri olan Xalq Bank, öz müştərilərinə ən qabaqcıl və əlverişli xidmət və məhsulları təklif edir.
2005-ci ildən başlayaraq "Xalq Sığorta" ASC universal sığorta şirkəti kimi uğurla öz fəaliyyətini həyata keçirir. Şirkətin daxili siyasəti sayəsində biz, sığorta bazarındakı yüksək mövqeyimizi əminliklə qoruyur, ildən ilə müştərilərimizin sayını artırırıq. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 000333 saylı lisenziyasına əsasən Şirkət 20-dən artıq könüllü və 3 icbari sığorta növünü uğurla gerçəkləşdirir.
Xalq Sığorta ASC Azərbaycan sığorta bazarının ən iri iştirakçılarındandır, onun ödənilmiş nizamnamə kapitalı 46 187 500 manat təşkil edir.