Tamamlanmış layihələr: « Xəzər GLX » şirkətində mühasibat və vergi uçotunun avtomatlaşdırılması
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər
Bizim müştərilər
“Xəzər Gəmi-Liman Xidməti” MMC Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq 2006-cı ildə yaradılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 05 aprel 2006-cı ildə istehsalat subyekti və hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. “Xəzər GLX” MMC Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən yoxlanılmışdır və aşağıda qeyd olunan işləri həyata keçirmək üçün müvafiq mütəxəssislərə, BDT-nin tələblərinə və müvafiq standartlara uyğun avadanlıqlara malikdir.
Xəzər Oil avtomobil, yük maşınları, sənaye, gəmiçilik üçün yüksək keyfiyyətli mühərrik yağları və sürktkü materialları istehsalı ilə məşğul olan Lukoil şirkətinin rəsmi dileridir. Şirkət 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir.
YARAT Qafqazda, Mərkəzi Asiyada və ətraf regionlarda müasir incəsənətin təbliğatı və inkişafı ilə məşğul olan və rəssamlar üçün yaradıcı platforma yaratmaq məqsədi ilə fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. YARAT (Create - ingilis dilindən tərcümədə "yaratmaq") 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunmuşdur. YARAT sərgilərin, təhsil proqramların və festivalların təşkil olunması vasitəsilə öz missiyasını həyata keçirir. YARAT, fondlar, qalereyalar və muzeylər daxil olmaqla, yerli və beynəlxalq yaradıcı şəbəkələr arasında əlaqələr qurur.
1959 ildən bu günə qədər fransız brendi - Yves Rocher, xanımların gözəlliyinin qayğısına qalır və yüksək keyfiyyətli bitki tərkibli qulluq və dekorativ kosmetika təklif edir.
Zeytun Farm Azərbaycan Respublikası Vergilər Nazirliyinin qeydiyyatına əsasən 09 oktyabr 2014-cü ildə təsis edilib. "Zeytun İlaç" apteklər şəbəkəsi paytaxtda və ölkənin bütün bölgələrində fəaliyyət göstərən Azərbaycanın dərman bazarında sürətlə inkişaf edən bir şirkətdir. Şirkət yüksək texnologiyadır və onun işində bu sahədə son nailiyyətlərdən istifadə olunur.
Şirkətimiz müasir tikinti üsulları və texnoloji tikinti avadanlıqları sahəsində aparıcı ekspert şirkətdir.
Freysaş Freyssinet 1988-ci ildə digər iki şirkət ilə- Türkiyənin Yapı Merkezi Group və Fransanın Soletanche Freyssinet şirkəti tərəfindən təsis edilib.
Tamamlanmış layihələr: «Freysaş Freyssinet » şirkətində idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması