Bizim müştərilər
“Azəri Ekspress” MMC kuryer xidməti ekspress çatdırılma sahəsində ölkə liderlərindən biridir.
“Azəri Ekspress” bütün dünyada qapıdan-qapıya sənədlərin, diplomatik bağlamaların və yüklərin minlərlə müştəriyə çatdırılmasını təmin edir.
İki əsr qət etdiyimiz yolun başlanğıcı 1818-ci ildə Gəncə oldu. Tez bir zamanda əhatə dairəmiz genişlənsə də, çox çətin və şərəfli bir yol keçərək davam edirik. Əldə olunan yüksək nəticələr bizləri nəinki quruda, dənizdə və havada belə yeni hədəflərə doğru apardı. Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yarandı. 100 illik yolumuzun astanasında isə Poçt və Teleqraf nazirliyi fəaliyyətə başladı. II Dünya müharibəsi dövründə də Azərbaycan poçtu və onun fədakar işçiləri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Bu missiya müharibədən sonrakı vaxtlarda uğurla davam etdirildi. Poçt rabitəsi müəssisələrinin sayı və poçt marşrutlarının məsafəsi bir neçə dəfə artdı. Ötən əsrin sonralında isə poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə Azərbaycan poçtu rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.