Bizim müştərilər
"AzStarNet" şirkəti bu gün qabaqcıl şəbəkə operatorlarından və İnternet provayderlərindən biridir. İnformasiya texnologiyaları bazarında 10.10.2002-ci ildən fəaliyyət göstərir. Özünün yüksəksürətli şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisində genişləndirərək, kompaniya "sonuncu mil" problemlərini həll edir və həll etməkdə davam edir. Kompaniya İnternetə genişzolaqlı yüksəksürətli qoşulmanı təqdim edir.
"Bakı-Praqa" MMC 2009-cu ilin mart ayında yaradılıb. Pivə minizavodu seqmentində Avropanın ən öndə gedən şirkətlərindən biri olan Destila şirkəti ilə razılaşmaya uyğun olaraq 2010-cu ilin iyunundan etibarən çex texnologiyası və reseptləri əsasında "Starapraga" əmtəə nişanı ilə müxtəlif çeşiddə pivə istehsal edir. Qısa vaxt ərzində bir çox pivə həvəskarlarının diqqətini çəkərək şirkətin uğur qazanmasının təməlini yaradıb.