Real Təhlil İnformasiya Mərkəzi (Real TV)
"Real TV" Azərbaycanın 12-ci və ilk ümumrespublika xəbər kanalıdır. Əvvəlcə, 28 fevral 2018-ci ildən etibarən internet televiziyası ilə fəaliyyətə başlayır. Həmin gün “Real TV” adlandırılacaq kanalın yayımı üçün texniki işlər artıq başa çatıb. Belə ki, yeni kanalın fəaliyyəti üçün paytaxtın mərkəzində yeni ofis götürülüb. 5 mart 2018-ci ildə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Həmin iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. Beləcə, Mirşahin Ağayev “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru seçilib.
Həmin gün test yayımına başladı. “Real TV"-nin peyk yayımına başlayacağı tarix məlum olub. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyir ki, “Real TV"-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub. Nəhayət, 15 mart 2018-ci il saat 08:00-də Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə əsas yayıma başladı. Real TV həm Azərbaycanda ən operativ təhlil və informasiya mərkəzi olmaqla, həm də informasiya mühitində öz standartlarını diktə edən mərkəzdir. Real TV təkcə Azərbaycanın auditoriyasında deyil, həm də bütün dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, təhlili izləyicilərə təqdim olunur. Kanalda öz işinin peşəkarları çalışır. Real TV-ni hər kəsin izləməsi üçün hər hansı problem yoxdur. Kanal həm kabel televiziyalarında, həm də peyklə yayımlanır. Bundan başqa Youtube portalından Real TV-nin səhifəsinə daxil olub kanalı canlı izləmək mümkündür. Qeyd edək ki, televiziyanın Youtube səhifəsinə gün ərzində telekanalda yayımlanan maraqlı sujetlər, müsahibələr də yerləşdirilir. Real TV 19 saat ərzində (saat 08:00-dən 02:00-yədək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edir.