Slavyanka
Azərbaycanın ən səfalı və gözəl yerlərindən biri olan Gədəbəy rayonu gözəl təbiəti ilə yanaşı, həm də içməli bulaqları ilə məşhurdur. Dünyada qlobal içməli su problemi yarandığı bir dövrdə Gədəbəydə içməli su ehtiyatları yetərincədir. Belə məşhur bulaqlardan biri də Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən “Novlu”bulaqdır. 2004-c ildən “Slavyanka-1” adı altında bu suyun istehsalına başlanmışdır.Ölkə başçısının Regionların Sosial və İqtisadi İnkişafı Proqramı haqqında müvafiq Fərmanı qüvvəyə mindikdən sonra bu fərman şirkətin yaranmasında bir stimul rolunu oynamış və suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmişdir.
"Slavyanka-1" suyunun üstünlüyü onun codluq göstəricilərinin aşağı olmasıdır, yəni yüngül su olmasıdır. Gədəbəy “Slavyanka 1” suyunun pH-ı 8,2 olduğuna görə bu su insanlarda piylənmənin qarşısını alır, antioksidant təsirə malikdir. Bu suyun fiziki və kimyəvi tərkibi içməli suyun normalarına tam uyğundur. Gədəbəy “Slavyanka 1” suyunun minerallığı 0,7; codluğu 3,8-dir. Tərkibində nitrit və nitratlar yoxdur. “Slavyanka 1” suyu təmiz bulaq suyudur. Bu təmiz bulaq suyu xüsusi borular vasitəsilə hovuza toplanır.