Home » Восстановление зашифрованных данных
Восстановление зашифрованных данных
Son zamanlar bir çox yerli şirkətlərin İT insfrastrukturuna kənardan müdaxilə olunaraq məlumat bazalarının (1C, MSSQL və s.), onların nüsxələrinin və müxtəlif digər fayların şifrləməsi halları ilə qarşılaşırıq.
Bunun qarşısını almaq məqsədi ilə aşağıdakı təklif olunan tədbirləri Sizin İT mütəxəssisləriniz tərəfdən mütləq görülməlidi.
- 1C Serverlərdə və istifadəçi kompüterlərdə Antivirus/Firewall (ESET, Kaspersky və ya hər hansı digər Internet Security ilə təmin olunmuş və müntəzəm yenilikləri ilə) quraşdırılması və sazlanması.
- Hər şənbə və bazar günləri məlumat bazasını və nüsxələrini xarici yaddaş diskinə yükləmək və xarici yaddaş diskini kompyüterdən / serverdən ayırmaq.
- Xarici sərt diskinə yalnız “Yazmaq” hüququ vermək şərti ilə məlumat bazasının nüsxələrini orada saxlamaq.
- Mircosoft-un təklif etdiyi Shadow Copy (Kölgə surəti) texnologiyasından istifadə etməklə məlumat bazasını qorumaq.
- Məlumat bazası və nüsxələrini bulud texnologiyalarından istifadə edib, onların orada qorunmasını təmin etmək.
Yadda saxlayın ki, şirkətinizin ümumi İT infrastrukturun (serverlərin və digər istifadəçi kompüterlərin) təhlükəsizliyinə və məlumatların qorunmasına birinci növbədə Siz özünüz məsuliyyət daşıyırsız.
Ümüd edirik ki, qeyd olunan halları ilə bizim şirkətlər qarşılaşmayacaq!
Əgər, Siz hər halda bu vəziyyətlə qarşılaşmısız və şifrləci virus sizin məlumat bazaları və digər faylları şifrləmişdir, Siz istənilən vaxt bizə müraciət edə bilərsiniz.
Bizim mütəxəssislər şifrləmiş məlumatların bərpasında Sizə kömək edəcəklər!