Diamond Motors
Tamamlanmış layihələr: « Diamond Motors » şirkətlər qrupunda idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
2006-cı il noyabrın 20-də "Diamond Motors" MMC ilə "Mitsubishi Motors" regional distribütoru arasında imzalanmış sazişə əsasən "Diamond Motors" MMC Azərbaycanda "Mitsubishi Motors" şirkətinin rəsmi dileri oldu. Sazişə əsasən, "Diamond Motors" MMC "Mitsubishi Motors"un yük maşınları və avtobusları da daxil olmaqla avtomobillərin bütün model sırasını satmaq hüququnu əldə etdi. 2006-cı il dekabrın 25-dən "Mitsubishi Motors" avtomobillərinin rəsmi satışlarına start verildi. Azərbaycandakı "Mitsubishi" Avtomobil Mərkəzi belə açıldı. 2006-cı ildən etibarən Azərbaycanda "Mitsubishi Motors" şirkətinin rəsmi və səlahiyyətli dileri səviyyəsində uğurla fəaliyyət göstərən "Diamond Motors" MMC müştərilərini artıq yeni ünvanda qarşılayacaq.