Medeks Estetik - Germaine De Capuccini
"Germaine De Capuccini" professional və ev baxımı üçün nəzərdə tutulmuş İspaniyanın məhşur kosmetoloji brendidir. Uzun illər Fransada yaşamış Karmen Vidal adlı İspan xanımı bu kosmetoloji xəttin yaradıcısıdır. Müasir baxışlı xanımların zövqünü və tələbatını nəzərə alaraq, Karmen Vidal gözəllik və sağlamlıq arasındakı balansı qorumaq şərti ilə kosmetoloqlar üçün "Germaine De Capuccini" düsturunu yaratmışdır. Aparat kosmetologiyasının son nailiyyətlərini özündə cəmləşdirən və yüksək ixtisaslı həkimləri ilə məhşur "Germaine De Capuccini" adı altında fəaliyyət göstərən estetik Mərkəzi artıq Bakıda!