“Child Dreams”, Dreams Group MMC olaraq 2019-cu ildə qurulmuş Azərbaycanın ilk və tək Uşaq Konsept Mağazasıdır.
Azərbaycanda zövqlü, keyfiyyətli və fərqli uşaq məhsullarına olan tələbatı nəzərə alaraq qurulmuş mağazamız, adına uyğun olaraq uşaq arzularını ən yüksək səviyyədə reallaşdırmaq misiyasını öz üsünə götürmüş, 0-10 yaş körpə və uşaq ehtiyaclarına uyğun olaraq 100-ə yaxın butik dizayn brendini böyük bir diqqətlə seçərək bir nöqtədə cəmləşdirmişdir. Bu brendlərə valideynlərin ehtiyacları, Avropa trendləri və qurucuların zövqləri əsasında hər keçən gün bir yenisi daha əlavə edilməkdədir.
Bizim müştərilər
“CinemaPlus” innovativ və müştəriyönümlü kinoteatrdır, yüksək ölçülü və 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və yüksək keyfiyyətli kinoekranlar ilə təchiz olunub. Həmçinin, gücləndirilmiş parlaqlıq və “Enhanced 4K Barco” dəqiq təsvirinə malikdir. Bütün bunlar və başqa amillər kinofilmləri ən yaxşı və əla keyfiyyətdə nümayiş etdirmək imkanı yaradır.
"City Finance" BOKT MMC 27.08.2013-cü ildə yaradılmışdır. "City Finance" BOKT MMC 07.01.2014-cü il tarixli Mərkəzi Bank tərəfindən verilmiş BKT-20 saylı lisenziya əsasında fəaliyyət göstərir. Təşkilatımız ilk növbədə Sumqayıt filialını işə salmağı planlaşdırır. Həmçinin "City Finance" BOKT MMC Mərkəzi Bankın nəzdində olan Maliyyə Monitorinq Xidməti (MMX) və Mərkəzi Kredit Reyestrı (MKR) ilə əməkdaşlıq edir.
Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yüksək keyfiyyət, peşəkar komanda və sərfəli qiymət bizim əsas üstünlüyümüzdür.
Damla mebel ilə həyatı daha zövqlü və rahat yaşayın!