Istanbul NS Clinic
Tamamlanmış layihələr: « Istanbul NS » klinikasında əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması
7 aprel 2010-cu ildə Baki şəhəri – Azərbaycanda “İstanbul” plastik cərrahiyyə klinikası olaraq fəaliyyətə başlamışdır. 1 sentyabr 2015-ci ildə, müasir diaqnostika aparatları və yüksək təhcizatlı yeni xəstəxana binamızda “İstanbul NS Klinika“ adı altında əhalimizə xidmətə başladıq. Geniş profilimizlə — Ümumi cərrahiyyə, plastik cərrahiyyə, urologiya, anesteziologiya — reanimatologiya, ambulator tibbi xidmət, terapiya, dietologiya, kardiologiya, qastroenterologiya, endokrinologiya, revmatologiya, allerqologiya, nevropatologiya, dermatologiya (kosmetologiya), travmatologiya, stomatologiya, sua-diaqnostikasi (rentgenoloji, usm muayinəsi), LOR, laboratoriya (klinik, klinik-biokimyəvi), saç əkimi – şöbələrimizlə, və aralarında professor, tibb elmləri namizədləri, dosentlər olan, əhalimizin etibarını qazanmış yüksək ixtisaslı mütəxəssis doktorlarımızla bərabər məqsədimiz, klinika olaraq dövlət və dövlətlərarası fəaliyyət göstərən, dövlətlərarası kriterilərə cavab verən və ölkəmizi layiqincə təmsil edən bir quruluş olmaqdır.