1C sisteminin Buluda köçürülməsi

Gündən-günə Bulud serverlər böyük populyarlıq qazanır. Bu gün belə bir şirkət tapmaq çətindir ki, heç bir Bulud serverlər istifadə etməsin. Sizin 1C bazaların Bulud serverə köçürülməsi rəqibləriniz ilə mübarizədə sizə əlavə üstünlük verəcək və sizin biznesi inkişaf etdirməyə imkan yaradacaq.

Bulud serverə keçməyin müsbət və mənfi cəhətlərinə baxaq:

Üstünlüklər xeyli çoxdur:
  • Səmərəlik - Bulud server resursları demək olar kı tükənməzdir. 1C serveri üçün istənilən parametrlər ayırmaq olar və sistemdə heç bir "donmalar" olmayacaq.
  • Mobillik - dünyanın istənilən nöqtəsindən serverə daxil olmaq imkanı verir. Bunun üçün sadəcə internetin olması kifayətdir.
  • Miqyaslılıq  - serverin parametrlərini istənilən vaxt dəyişmək olar. Parametrləri həm çoxaltmaq, həm də azaltmaq olar. Buna uyğun olaraq serverin icarə haqqıda dəyişilə bilər.
  • Sizin məlumatların təhlükəsizliyi - sizin məlumatların qorunması və təhlükəsizliyinfə heç bir risk yoxdur. Bulud serverlər Avropa və Amerikanın data-mərkəzlərinə yerləşir, sabit elektrik enerjis və internetlə təmin olunublar. Bütün məlumatların mütəmadi olara backup olunur və istənilən zaman bərpa oluna bilər.
  • Köçürülmə -Bulud serverə heç bir bağlantınız olmur. İstədiyiniz vaxt cloud serverdən imtina edib və bazalarıvızı lokal kompüterlərdə yerləşdirə bilərsiz.
  • Minimal başlanğıc xərclər - siz serverin icarəsinə görə abunə haqqı ödəyirsiz. Biz Sizi yüksək səviyyədə xidmət göstəririk, serveri sazlayırıq, istifadəçiləri qoşuruq, yenilənmələri quraçdırırıq və s.
Mənfi cəhətlər:
  • Stabil internetin olması - tək mənfi cəhət kimi daimi internetin olması tələbini göstərmək olar. Lakin indii zamanda internetin hər yerdə olduğunu nəzərə alsaq, bu da heç bir problem yaratmamalıdır.


Microsoft şirkəti cloud servislər sahəsində dünya liderlərin siyahısındadır. Minimal başlanğıc xərclər məhsulları yüksək səmərəlik və təhlükəsizlik ilə təmin edir - Buna görə də biz Azure seçirik!


     
Microsoft Azure  , Microsoft-un bulud platformasıdır: daha sürətli hərəkət etməyinizə, daha çox iş görməyinizə və pulunuza qənaət etməyinizə kömək edən artan inteqrasiya olunmuş xidmətlər - hesablama, saxlama, məlumat, şəbəkə və tətbiqlər dəsti.                                
 
Microsoft Azure-un üstünlüklərini bir sıra xüsusiyyətlərlə ümumiləşdirmək olar:
  • Azure, IaaS, PaaS və SaaS-ın tək bir həlldə birləşməsidir.
  • Öz məlumat mərkəzlərinizlə ictimai bulud arasında seçim etməyə ehtiyac yoxdur — Azure istifadə edən hibrid həllər özəl İT infrastrukturunuzun imkanlarını genişləndirir.
  • Azure, Windows Server, Ubuntu və Oracle Linux da daxil olmaqla geniş əməliyyat sistemlərini, eləcə də bütün məşhur dilləri və platforma inkişaf vasitələrini dəstəkləyir.
  • Azure qiymət və performans arasında optimal balans təklif edir. Tək bir sürgü ilə həll performansını artıra bilərsiniz. İstifadə olunmamış resurslar üçün həddindən artıq ödəməyə dəyməzsə, onu azalda və ya tamamilə deaktiv edə bilərsiniz.
  • Azure buludu texniki tələblər və tövsiyələr yerinə yetirildikdə yüksək səviyyədə əlçatanlıq təmin edir - 99.9 və ya 99.95
Əgər yeni bir 1C sistemini yerləşdirmək və ya mövcud bir sistemi buluda köçürmək ehtiyacı barədə düşünürsünüzsə, amma haradan başlayacağınızı bilmirsinizsə, (office@bestsoft.az) ünvanına yazın və ya bizə (+994 12) 599 08 48 nömrəsi ilə zəng edin.
 
1C sisteminin Azure buluduna köçürülməsinin qiymətini və Azure bulud icarəsi üçün aylıq ödəniş seçimlərini veb saytımızdan qiymət siyahısını yükləməklə tapa bilərsiniz.
 
                                                                      Azure -da 1C-yə keçin və Azure-da hər şeyə sahib olacaqsınız!