"Best Soft"da
işləmək üçün 7 səbəb

Employment under the Labor Code

Əmək Məcəlləsinə əsasən məşğulluq

Təlimlər

Bonus system

Əməkhaqqına əlavə bonuslar

Career growth

Karyera yüksəlişi

Catering

Qidalanma xidməti

Fitness club

Fitnes klubu

Corporate events

Korporativ tədbirlər

  • 1C Mütəxəssis-məsləhətçi

    •  Mühasibat uçotu modulu üzrə isfadəçi tələblərinin analizi, proqramda sazlanması və funksionallığın optimallaşdırılması;
    • 1C:Müəssisə bazasında proqram məhsullarının hazırlanması, layihələrdə tətbiqi və cari dəstəyin göstərilməsi;
    • Mühasibatlıq və maliyyə hesabatlılığı üzrə proqramda dəyişikliklər və yeniliklər üçün tələblərin müəyyən edilməsi;
    • Proqram məhsulunun təkmilləşdirilməsi məqsədilə texniki tapşırıqların (TZ) hazırlanması və proqramçılara ötürülməsi;
    • Yerinə yetirilən dəyişikliklərdən və yeniliklərdən sonra proqram modullarının sınaqdan (testdən) keçirilməsi;
    • İstifadəçi sənədlərinin (təlimatların) hazırlanması;
    • İstifadəçilərə proqramla işləmək üçün təlimlərin keçilməsi və gündəlik məsləhətlərin verilmə.

    Namizəd üçün tələblər:

    • Cinsi: Kişi və ya qadın;
    • Yaş həddi: 21 – 35;
    • Ali və ya natamam ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq üstünlükdür);
    • 1C proqramında mühasibat uçotu (Accounting) modulunu mükəmməl səviyyədə bilmək və bu sahədə praktiki təcrübə (əsas tələb);
    • İstehsal və ticarət müəssisələrinin operativ, idarəetmə və mühasibat uçotunun əsaslarını dərindən bilmək;
    • 1C:Müəssisə platformasında proqram məhsullarının layihələrdə tətbiqi (implementasiyası) və dəstəyi üzrə təcrübə;
    • Biznes proseslərin analizi və mühasibatlıq tələblərinin proqram təminatına adaptasiyası bacarığı.

    İş şəraiti:

    • AR Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
    • Şirkət hesabına qidalanma;
    • Şirkət hesabına fitnes xidmətləri;
    • Peşəkar təlim və sertifikatlaşdırma (şirkət tərəfindən qarşılanır);
    • Müəyyən edilmiş sabit əmək haqqı + yerinə yetirilmiş işlərdən (KPI/Layihələrdən) bonuslar;
    • Mehriban, dinamik və səmimi kollektiv;
    • Rəngarəng və maraqlı layihələrdə iştirak imkanı;
    • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə).
  • 1C Proqramçı

    • 1C - Müəssisə platforması əsasında proqram məhsullarının tətbiqi üzrə layihələrdə iştirak (bundan sonra "proqram məhsulu" adlandırılacaq);
    • Proqram məhsulunun təkmilləşdirilməsi və inkişafı üçün tələblərin müəyyən edilməsi;
    • Proqram məhsulunun hazırlanması və təkmilləşdirilməsi;
    • Təkmilləşdirmələrdən sonra proqram məhsulunun test edilməsi və təhvil verilməsi.

    Namizəd üçün tələblər:

    • Cinsi: Kişi və ya qadın;
    • Yaş həddi: 21 – 35;
    • Ali/natamam ali təhsil (texniki və ya iqtisadi təhsil arzuolunandır);
    • Rus dilini bilmək;
    • Tez öyrənmə qabiliyyəti, çalışqanlıq, məsuliyyətlilik və dürüstlük;
    • Tətbiqi proqramlaşdırma üzrə ilkin biliklər;
    • 1C müəssisə platformasında proqram məhsullarının tətbiqi layihələrində iştirak təcrübəsi;
    • 1C müəssisə platformasında proqram məhsullarının hazırlanması və test edilməsi bacarıqları;
    • Ticarət və istehsalat müəssisələrinin idarəetmə, mühasibat və vergi uçotunun əsasları üzrə ilkin biliklərə malik olmaq arzuolunandır.

    İş şəraiti:

    • AR Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
    • Şirkət hesabına qidalanma;
    • Şirkət hesabına fitnes xidmətləri;
    • Peşəkar təlim və sertifikatlaşdırma (şirkət tərəfindən qarşılanır);
    • Müəyyən edilmiş sabit əmək haqqı + yerinə yetirilmiş işlərdən (KPI/Layihələrdən) bonuslar;
    • Mehriban, dinamik və səmimi kollektiv;
    • Rəngarəng və maraqlı layihələrdə iştirak imkanı;
    • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə).