Bizim müştərilər
HAYAT CLINIC tibb mərkəzi əhaliyə yüksək keyfiyyətli tibbi xidmət təqdim edir. Yüksək ixtisaslı mütəxəssislər, son nəsil tibbi avadanlıqlar, müasir informasiya texnologiyaları bizə keyfiyyətli tibbi xidmətlərin yeni formatda göstərilməsinə şərait yaradır. HAYAT CLINIC tibb mərkəzinin əsas üstünlüyü xəstəliklərin beynəlxalq protokollara əsaslanan dəqiq diaqnostikasını aparması və bunu Türkiyənin Lider Səhiyyə Qrupu olan ACIBADEM ilə sıx əməkdaşlıqla həyata keçirməsidir.
HB Co LTD Azərbaycan Respublikasının tibb sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərdən biridir. Şirkətin fəaliyyəti tibbin müxtəlif sahələrini əhatə edir: dərman preparatları, qida əlavələri və tibbi gigiyena məhsullarının respublikamıza idxalı və həmin məhsullar üzrə distribütorlug və marketing fəaliyyəti, tibbi ləvazimatların idxalı, topdan və pərakəndə satışı, səhiyyə xidməti üzrə şirkətin nəzdində yaradılmış“HB-klinik”də geniş profilli ambulator və stasionar tibb xidməti həyata kecirilir.
Hydroserv Caspian Ltd kimi yenidən qeydiyyata alınan Hydrolink Caspian Ltd Dəniz, Ofşor və Onşor, Neft və Qaz sənayelərini əhatə edən Maye Mühəndisliyi Xidmətinin Təminatı sahəsində mütəxəssis kimi 1998-ci ildə Azərbaycan, Bakıda təsis olunmuşdur. Əsas fəaliyyətlərinə aşağıdakılar daxildir, lakin onlarla məhdudlaşmır: Hidravlik yardım xidmətləri və təcrübə, Filtrasiya texnologiyası və təcrübə, Yüksək və çox yüksək təzyiqlə nasoslama texnologiyası və təcrübəsi Bizim məqsədlərimiz: Bütün Mərkəzi Asiya və Qafqaz regionunda istehsal, satış və texniki xidmət vasitələri şəbəkəsini yaratmaq.